Müğənni İlhamə Qasımova Avropada çəkilən növbəti klipini təqdim edib.
KİV nümayəndələrini və yerli şou-biznes əhlini bir araya cəm edən müğənni ilk olaraq “Out of reach” adlı klipini məhz onlar üçün nümayiş etdirib.
Nümayişdən öncə teleaparıcı Murad Arif qonaqları salamalayıb. İlhamə Qasımovanın daha bir maraqlı layihəyə imza atdığını vurğulayıb.
İ.Qasımova isə çıxışı zamanı həyacanlı olduğunu deyib. Söyləyib ki, bir çoxları bu klipi açıq-saçıq zənn etsələr də, bu, heç də belə deyil.
Qeyd edək ki, bir müddət öncə klipin YouTube kanalında yerləşdirilən bəzi kadrlarında açıq-saçıq görüntülərin olması mətbuatda müzakirə mövzusuna çevrilmişdi. İ.Qasımova klipin tam nümayişindən sonra bu fikrin əsassız olduğunu hər kəsin görəcəyini vurğulayıb.
Daha sonra isə klip təqdim edilib.
Təqdimat mərasimində müğənnilər Natəvan Həbibi, Sevda Yahyayeva, Elnur, rejissor Aqil M.Quliyev, prodüser Tolik və başqaları da iştirak edib.
Qeyd edək ki, müğənninin klip çəkdirdiyi “Out of reach” adlı lirik kompozisiyasını ilk dəfə “Eurovision-2011” mahnı yarışmasının seçim turlarında səsləndirib.
Klip “24-7 Music Group”un məhsuludur. Rejissoru Oliver Zomer olan, prodüseri Mark Dollardır.
Bu, İlhamənin Avropada çəkdirdiyi “Bei mir bist du scheen” və “Flying”dən sonra sayca üçüncü klipidir.
Klip
http://gun.az