Anar Məmmədxanovun anım günüdür
23.4.2013

Bu gün Milli Məclisin sabiq deputatı, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasının kapitanı Anar Məmmədxanovun anım günüdür.
Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

1992-ci, 1993-cü, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi.

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.

Evli idi, 3 övladı qalıb.

gun.az