1996-cı ildən başlayaraq hər ilin aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ günü kimi qeyd olunur.
1616-cı ilin məhz, həmin günündə Migel de Servantes, Uilyam Şekspir və Qarsilaso de la Veqa ölüb. Eyni zamanda, Mauris Drüon, Vladimir Nobakov, Haldor K.Lakness, Jozef Pla və Manuel Mexia Valexo kimi məşhur insanlar həmin gündə dünyaya gəlib.
1995-ci ildə baş tutan konfransda UNESCO kitablara və müəlliflərə diqqəti çəkmək üçün məhz bu günü seçib. İlk dəfə Dünya Kitab və Müəlliflik Hüququ günü 1996-cı ildən qeyd olunmağa başlayıb.
Big.az