Azərbaycanlı müğənni yeni klipinin təqdimatını keçirtdi – Video
24.4.2013

Sevda Yahyayeva “Dinlə” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat mərasimi keçirib.

KİV nümayəndələrini bir araya toplayan müğənni “Narkotikə yox!” və “Ən böyük xoşbəxtlik nəfsə qalib gəlməkdir” şüarları altında ekranlaşdırılan klipi “Temp production” tərəfindən ərsəyə gəlib.

Klipin çəkilişləri fevral ayında aparılıb.

Klipdə Sevda Yahyayeva narkotik maddə asılılığından əziyyət çəkir. O, Narkoloji Dispanserə müraciət edir və müalicə olunur.

Müğənni mətbuat konfransında deyib ki, onun bu klipdə narkoman obrazını canlandırmasına anası etirsaz edib:

“Mən anama izah elədim ki, əslində bununla mən narkotik asılılıqdan əziyyət çəkən insanlara yardım etmiş olaram. Sonra o, mənimlə razılaşdı. Bu layihəni dəstəklədiklərinə görə Respublika Narkoloji Mərkəzə və şəxsən Telman Məmmədhəsənova təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ideya müəllifi və rejissoru Türkay Azəri olan sosial layihədə operator Vaqif Rəşidov, fotoqraflar Azər Kamil, Vüsal Rəşidov, rəssam Zərifə Məmmədova, işıqçı İlham Əliyev, geyim üzrə rəssam Səadət Cəbiyeva, səs tərtibatçısı Şahin Allahverdiyev, baş menecer Elşən İlyasovdur.

Tədbrin sonunda isə müğənninin prodüserü Tolik (Tarix Əliyev) qonaqları torta qonaq eddib. Tortun özəlliyi onda olub ki, o tibbi şpris formasında olub. Prodüser bununla kimlərə ismarış göndərdiyini açıqlamayıb.

Klip

gun.az