“Telefon nömrəsi üzrə axtarış” elektron xidməti vətəndaşların istifadəsinə verilmişdir
24.4.2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin növbəti yeni elektron xidməti “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə verilmişdir. Bu elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” adlanır.
Nazirlikdən bildirilmişdir ki, telefon nömrəsini daxil etdikdən sonra istifadəçilər bir sıra məlumatları əldə etmək imkanına malik olurlar. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Bu xidmət həmçinin istifadəçilərə borclarını online şəkildə ödəməyə də imkan verir.

Azərtac