Çox tərləməyə son qoyan üsul
24.4.2013

Mütəxəssislər tərin, vücudda hərarəti düşürmək üçün bir mexanizm olduğunu deyir.
Yaz mövsümündə qol altının aşırı dərəcədə tərləməsindən şikayət edənlərin əksəriyyətini qadınlar təşkil edir. Bu təkcə kişilərin deyil, qadınların da ən böyük problemlərindən biridir. Mütəxəssislər bu xəstəliyə “hiperhidrozis” adı verib. Aşırı tərləmə çəkingənlik və güvənsizlik kimi problemlər yaradaraq, insanların bütün həyatına təsir edir və toplumdan kənarlaşmasına səbəb olur.

Estetik cərrahiyyə əməliyyatı aparan mütəxəssislər, tərləmə problemini həll edə bilir. Qoltuq altı tər bezlərinin xəritəsi çıxarılır, 1 və 3 mm arasında dəyişən müxtəlif kanüllər yardımı ilə qoltuq altından 3 kiçik kəsidən lokal anestezi ilə aşırı tərləməyə səbəb olan bezləri ən çox 1 saatlıq əməliyyatla aradan qaldırmaq mümkündür. Bu əməliyyat Avropa ölkələrində geniş yayılıb.

Publika.Az