“Xalq Bank” “Hər gün “Park Cinema”ya iki nəfərlik bilet qazan” aksiyasını keçirir
24.4.2013

“Xalq Bank” “Hər gün “Park Cinema”ya iki nəfərlik bilet qazan” aksiyasını keçirir.
Bankdan bildirilmişdir ki, aksiyanın şərtlərinə görə, gün ərzində www.xalqbank.az saytında ən çox ödəniş edən istənilən bankın plastik kart sahibi “Park Bulvar” və “Metro Park”da yerləşən “Park Cinema”ya iki nəfərlik bilet qazanır.
Aksiya iyunun 30-dək hər gün keçirilir.

AzərTAc