Tüldən hazırlanmış köynəklər yazın əsas dəbi təşkil edir. Lakin onları geyinməyin öz qaydası var.
Transparan köynəyin ilk olaraq rənginə diqqət etməlisiniz. Köynək tünd rəngdədirsə, altına eyni rəngdə mayka geyinə bilərsiniz. Açıq rəngli köynəyin altndan isə eyni qaydanı tətbiq edin.
Transparan həmişə incə olmaq məcburiyyətində deyil.
Trendi tuta bilmək istəyirsinizsə, qalın transparan seçin.
Belə özünü daha rahat hiss edəcək və dəblə ayaqlaşacaqsınız.
Transparan geyinərkən diqqət etməli olduğunuz digər bir məsələ qarınınızın olmamasıdır. Varsa, onu yüksək belli şalvarla gizlətmək olar. Yüksək bel şalvar sadəcə, göbəyinizi gizlətməklə qalmır, eyni zamanda ayaqlarınızı da uzun göstərir.
Onları düymələrini açıq qoyaraq, altdan başqa nazik köynəklə geyinmək olar.
Üzərində müxtəlif naxışlar olan transparan köynəklər geyinməkdən çəkinməyin. Belə daha az diqqət çəkəcəksiniz.
Publika.Az