Azərbaycanlı müğənni üçüncü dəfə ana oldu
24.4.2013

Əməkdar artist Fidan Hacıyeva üçüncü dəfə ana olub.

Opera sənətçisinin oğul övladı doğulub. Fidan Hacıyeva artıq 2 oğul, bir qız anası oldu. Xatırladaq ki, Fidan Hacıyeva 8 il əvvəl İngiltərə vətəndaşı ilə ailə qurub. Cütlük Bakıda yaşayır.

ANS PRESS