Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqinə hazırlıqları başa çatdırır. Mayın 20-dən etibarən kartların satışına başlanılacaq. Kartla ödəmə ilk mərhələdə şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq.
Bu barədə məlumatı nəqliyyat nazirinn müavini Musa Pənahov ANS-ə verdiyi eksklüziv müsahibəsində bildirib. Avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir-kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsi və s.
Elektron ödəmə sisteminin sərnişinlərə göstərilən xidməti rahatlaşdıracağını deyən nazir müavini artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanıldığını bildirdi.
ANS PRESS