Azərbaycanda aprel pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb
25.4.2013

Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafiklə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb. Aprelin 25-dək pensiyaçıların bank hesablarına ümumilikdə 174 mln. manat köçürülüb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Hazırda Fondun mərkəzi xəzinə hesabında 30 mln. manatdan çox vəsait var ki, bu da növbəti aylar üçün pensiyaların maliyyələşdirilməsində istifadə ediləcək.

«Əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı çatdırılmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ilin ötən dövrü ərzində əmək pensiyalarının maliyyələşdirilməsi daim vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin edilib», - deyə Fonddan bildirilib.

APA