Çinin Şanxay şəhərində 15-ci Beynəlxalq avtomobil sərgisi keçirilir.
“Daha yaxşı həyat üçün innovasiya” devizi altında keçirilən builki sərgi müasir avtomobil istehsalçılarının diqqəti yeni texnologiyalara və ətraf mühitin mühafizəsinə yönəltməsini nümayiş etdirir.
Sərgidə 20 ölkəni təmsil edən avtomobil şirkətlərinin 1300-ə yaxın yeni modeli nümayiş olunur. Sərgi salonunun ümumi sahəsi 280 min kvadratmetrdir. Təşkilatçılar 800 mindən çox adamın sərgini ziyarət edəcəyini planlaşdırır.
Beynəlxalq avtomobil sərgisi ilə yanaşı, 3-cü Şanxay avtomobil sammiti də keçirilmişdir.
AzərTac