Səhər yeməyinə meyvə tərəvəz yemək olmaz
25.4.2013

Sağlam qida üzrə mütəxəssislər ac mədəyə yeyilməsi ziyan olan məhsulların siyahısını hazırlayıblar. Məlum olub ki, səhər meyvə, tərəvəz və yoqurt yemək ziyandır.

Meyvələrdən ən ziyanlı olanlar portağal, banan və xurmadır. Mütəmadi olaraq banan yemək kalsium və maqnium balaansını pozur, bu isə ürək-damar xəstəliklərini əmələ gətirir. Ac mədəyə yeyilən portağal və mandarin qastrit və alerqiya əmələ gətirir. Səhər menyusunda xurmanın istifadə olunması öd kisəsində daş əmələ gətirir.

Həmişə səhər yeməyinin əsası sayılan yoqurtu günün əvvəlində qəbul etmək düzgün deyilmiş.

Belə ki, yoqurt ancaq şam yeməyində yeyildikdə orqanizmə faydalıdır.

gadinlar.biz