“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin mart ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən verilən məlumata görə, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi 857,8 manat təşkil edib.
Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
Milli.Az