Azərbaycanda keçirilən Latviya Mədəniyyəti Günləri çərçivəsində "Qız
Qalası" qalereyasında latviyalı rəssamların iki həftəlik (07 dekabr - 17
dekabr)sərgisi açılacaq.
Sərgidə təqdim edilən işlər arasında Andris Vitolinşin işləri də var.
Andris Vitolinşin işləri bir çox fərdi kolleksiyalarda və muzeylərdə,
həmçinin Müasir İncəsənət Muzeyində saxlanılır.