Qalıcı Ətrin Sirri
25.4.2013

Ətirin çox qalması dərinin tipi ilə əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz.ətir sınayarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu sürüb ətiri bunun üzərinə sıxın.
Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi uyğunsuzluq yarada bilər. Bu səbəbdən ortaya pis qoxular da çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxuların eyni tipdən olmalarına diqqət yetirin.
Qoxunun çox qalmasını təmin edən ideal bədən bölgələri:
Gicgahlar, iki sinə arası və dirsək içləridir. Bədənin bu bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin! Çünki bu bölgədə dəri daha çox yağ ifraz edir ki, bu da qoxuyla bir araya gəldiyi zaman tərkibinin dəyişməsinə gətirib çıxarır.
ətirləri nəmsiz, sərin və qaranlıq bir yerdə saxlamaq lazimdir.

Qadinlar.biz