Şəhər meri yerkökü ilə rekord vurdu
25.4.2013

Livandakı Kleyat şəhərinin meri tarlasında nəhəng yerkökü yetişdirərək Ginnesin Rekordlar Kitabına düşüb.Akkar vadisindəki tarlasında yerkökü yetişdirən Əhməd İbrahim uzunluğu 130 sm olan yerkökü ilə qürrələnmədiyini deyib.

"Məhsul bol oldu. Bostandan yığdığım yerkökülərin əksəriyyəinin uzunluğu 60 sm-dən artıq idi. Heç bir kimyəvi gübrədən istiadə etmirəm və yerkökünün anomal ölçüsünün səbəbləri də mənə bəlli deyil", - şəhər meri deyib.

Əhməd İbrahim nəhəng yerkökünə sevinmir, çünki belə böyük məhsulu bazarda sata bilməyəcəyini deyir.
Xatırladaq ki, dünyanın ən böyük kartof və turpu da Livanda yetişdirilib.

big.az