Dünyanın ən xoşbəxt gəncləri haradadır?
25.4.2013

Meksikada yaşayan gənclər özlərini dünyanın ən xoşbəxti hesab edirlər.

Viacom şirkətinin keçirdiyi sorğular bunu deməyə əsas verir.

Sorğu dünyanın 24 ölkəsində 9 yaşdan 30 yaşa qədər olan insanlar arasında keçirilib. Ümumilikdə 15 min nəfərin rəyi soruşulub.

Nəticələr göstərir ki, meksikalı gənclərin 93 faizi özünü xoşbəxt hesab edir. İkinci yerdə isə Argentinadır. Bu ölkə gənclərinin 87 faizi özlərini xoşbəxt sayırlar. Braziliya gənclərinin isə 84 faizi özünü xoşbəxt hesab edir.

Milli.Az