Ayan Babakişiyevanın yeni təqdim etdiyi “Sənin eşqin xəyanətdir” adlı mahnıya şəkillərdən ibarət görüntü yığılıb.
Sözləri İkram Əliyevə, musiqisi Emin Minyaşevə aid olan tanqo üslubunda olan mahnıya qrafika işini rejissor Asif Babaoğlu edib.
Rejissor qrafika işini fəsillərə bölüb, eyni zamanda musiqi alətlərini də bu görüntülərə uyğunlaşdırmaqla fotoları tamamlayan maraqlı mənzərə yaradıb. Bu işi görən Ayan, hələ ki, mahnıya klip çəkdirməyi düşünmür.
Mahnıdan sonra onun görəcəyi iş fotosessiyadan ibarətdir. Yaraşıqlı ifaçı yazın əhval-ruhiyyəsinə uyğun fotosessiya düşünüb. Bildirib ki, adını çəkdiyimiz Asif Babaoğlu onun fotosessiyasının qrafika işlərini görəcək.
Klip
gun.az