“Parkour Around The Globe” layihəsi çərçivəsində özünün “dünyadakı 7 möcuzəsi”nin axtarışlarını edən 28 yaşlı britaniyalı idmançı Rayan Doyl bu dəfə Bakını seçib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, İçərişəhərdəki Şirvanşahlar Sarayı, neft buruqları, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Azərbaycan Dövlət Filarmoniyasının qüllələri, qədim Bakının damları Rayan Doylun öz unikal tullanışlarını etdiyi yerlərdən bəziləridir.
GoMap.Az oxucularına tanınmış parkurist Rayan Doylun Bakı səyahətindən olan video çarxı təqdim edir.
Video