İlin ən gözəl qadını seçildi
26.4.2013

Bu qadın “Gözəllik kraliçası” tituluna layiq görülüb.
Amerikalı aktrisa Qvinet Peltrou “Pipl” jurnalının versiyasına görə ilin ən gözəl qadını hesab edilib.

Q.Peltrou ona “gözəllik kraliçası” titulu verilməsinə ilk reaksiyasının belə ifadə edib: “Fikirləşdim ki, yəqin kimsə mənimlə zarafat etmək istəyib. “Pipl” jurnalının mənə göndərdiyi elektron məktubu üç dəfə təkrar-təkrar oxusam da, buna heç cür inana bilmirdim”.

“Aşiq olmuş Şekspir” filmindəki roluna görə “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülmüş 40 yaşlı Qvinet Peltrou bu jurnala müsahibəsində bildirib ki, demək olar ki, kosmetikadan istifadə etmir.

Aktrisanın sözlərinə görə, onun gənc görünməsinə həftədə beş gün xüsusi fiziki hərəkətlər sistemi ilə məşğul olması kömək edir. Peltrou britaniyalı musiqiçi K.Martin ilə ailə qurub. Onların iki övladı var.

“Pipl” jurnalının reytinqinə görə, gözəl qadınlar siyahısına Q.Peltrou ilə yanaşı daha dörd aktrisa – Kerri Vaşinqton, Drü Berrimor, Cenifer Lourens və Ceyn Fonda da daxil edilib. 2012-ci ildə “Pipl” jurnalının versiyası üzrə ən qəşəng qadın müğənni Beyons hesab edilmişdir.
Jurnalın xüsusi buraxılışı aprelin 26-da ABŞ-da satışa çıxarılacaq.

gun.az