Bahar yorğunluğunu aradan qaldıran bitkilər
26.4.2013

Mütəxəssislər, bu bitkilərin: yaşıl çay, ihlamur, çobanyastığı, razyana və melisa otunun yorğunluğu aradan qaldırdığını deyir.

Türkiyənin professoru İlhami Gülçin, bahar yorğunluğuna yaxşı təsir edən bitkilərin faydalarından danışıb.

O, bildirib ki, “Bəzi bitkilərin mədə həzm sistemi, halsızlıq, yuxusuzluq, baş ağrısı kimi xəstəliklərdə istifadə edilir. Qara çay yerinə yazda yaşıl çay daha faydalıdır.

Melisa bitkisi antiseptik xüsusiyyətə sahib olduğundan yuxu pozğunluğunu aradan qaldırır.
Həmçinin həzmi asanlaşdırır.

İhlamur isə baş ağrılarına qarşı çox yaxşı təsir edir. Həzmi yaxşılaşdırıb fərahladır, bir sözlə, bahar yorğunluğa qarşı son dərəcə müsbət təsir edir. Onların çiçək və yarpaqları qurudulub, dəmləyib içilir.

Çobanyastığı isə qazı aparır. Bağırsaq və mədə üçün çox əhəmiyyətlidir. Həzmi asanlaşdırır.

Bitkiləri çay kimi dəmləyin - Razyananı qurudulumuş formada mağazalardan da almaq olar. Razyanın ən faydalı xüsusiyyəti rahatladıcı və sakitləşdirici xüsusiyyətə malik olmasıdır. Bahar aylarında gərgin iş rejimində yorğunluğu aradan qaldırmaq üçün əla vasitədir.
Bu bitkilərin üzərinə isti su əlavə edib dəmləyib içmək lazımdır. Qaynatmaq olmaz, əks halda faydalı olmaycaq.

Publika.Az