Hər bir qadının qarderobunda qara geyimlərin olması mütləqdir. Qara və qısa donlar xanımların xilaskarı olmaqla qalmayıb artıq klassik hal alıb. Çünki onları istənilən vaxt, istənilən yerə geyinmək mümkündür. Adətən qısa və düz biçimdə olan bu donlar, 2013-cü ilin gəlişi ilə dəyişməyə başladı. Fərqli və maraqlı biçimlər dəbə mindi. Modern detallarla yeniləndi.
Həm şarmlı, həm də cəlbedici hala gələn qara donlar, klassikliyini itirmədən gözəl görüntü qazandılar. Həm klassik, həm də modern qara rəngli donları dolabınızdan əskik etməyin.
Publika.Az