Nəvəsini "Facebook"da satışa çıxardı
26.4.2013

Hindistan polisi Pəncab əyalətində nəvəsini "Facebook" sosial şəbəkəsi vasitəsilə satmaq istəyən şəxsi saxlayıb.

47 yaşlı Firuz Xan qızının nəvəsini doğum evindən qaçırıb. O, nəvəsini 830 dollara satmağa çalışıb.

Maraqlısı odur ki, Xan müştəri də tapa bilib. Həmin şəxs yerli biznesmenlərdən biri olub.

Hazırda polis hər iki şəxsi dindirir. Xanı 7 ilədək həbs cəzası gözləyir.

Trend