Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər. Bunu AMEA prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
A. Əlizadə bunun gələcəyin işi olduğunu bildirib: "Bu məsələlər hələ öyrənilməli, təhlil edilməli, daha sonra tədricən həyata keçirilməlidir".
AMEA prezidenti qeyd edib ki, bu universitetdə bir çox sahələr üzrə kadr hazırlığı aparıla bilər: "Burada həm də humanitar, təbiət elmləri, texniki sahələri üzrə kadr hazırlanması mümkündür".
A. Əlizadənin sözlərinə görə, AMEA-da magistratura səviyyəsi üzrə kadr hazırlığının aparılması da nəzərdə tutulur.
Big.az