Azərbaycan ərazisindəki sürüşmə sahələrində genişmiqyaslı monitorinqlərə başlanır
29.4.2013

Azərbaycan ərazisindəki sürüşmə sahələrində bu gündən genişmiqyaslı monitorinqlərə start verilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.

Onun sözlərinə görə, monitorinqlər 70-ə yaxın ərazidə 220 sürüşmə sahəsini əhatə edəcək. Monitorinqin nəticələri bu həftənin sonunda açıqlanacaq.

B. Qaralov hazırda sürüşmə sahələrində stabilliyin olduğunu da qeyd edib.

APA