Noyabrın 29-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) gün ərzində Bakının Səbail rayonuna suyun verilməsini müvəqqəti olaraq dayandıracaqdır.ASC-dən bildirilmişdir ki, Səbail rayonunun Neftçilər prospektində aparılan tikinti işləri ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilir. Bununla əlaqədar noyabrın 29-da gün ərzində Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış müvəqqəti narahatlığa görə “Azərsu” ASC abonentlərdən üzr istəyir.