“Career Cast” şirkəti ilin ən pis və ən yaxşı peşələrini açıqlamışdır
29.4.2013

ABŞ-ın karyera planlaşdırma şirkəti olan “Career Cast” 2013-cü ilin ən yaxşı və ən pis peşələrini açıqlamışdır.
Ölkədəki ən məşhur 200 peşə ABŞ-ın İş və İşçi Statistikaları Təşkilatı, ictimai təşkilatlar, peşə qurumları və xüsusi anket firmaları tərəfindən qiymətləndirilmiş və ortaya maraqlı nəticələr çıxmışdır.
Peşələrin “mühit, gəlir, görünüş və stress” kimi meyarlarla qiymətləndirildiyi araşdırmaya görə, 2013-cü ilin ən yaxşı peşəsi orta hesabla 91 min dollarlıq illik gəlirlə aktuari peşəsidir. İkinci sırada 89 min dollarla biotibb mühəndisliyi, sonra isə 85 min dollarla proqram mühəndisliyi peşəsi tutur.
Araşdırmada ilin ən pis peşəsinin də adı açıqlanmışdır. Araşdırmaya görə, ildə orta hesabla 35 min 275 dollar qazanan qəzet müxbirləri ABŞ-ın ən pis peşəsi elan edilmişdir. Ən pis peşələr siyahısında illik ortalama 33 min 124 dollar gəlirə sahib odunçu peşəsi ikinci sırada, 32 min 272 dollarlıq illik gəlirlə müqaviləli hərbi personallıq üçüncü sırada yer almışdır.

AzərTac