Molla Nəsrəddin lətifələri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınacaq
29.4.2013

Türk və digər Şərq xalqlarının ortaq folklor obrazı olan Molla Nəsrəddin YUNESKO-nun mühafizə siyahısına daxil ediləcək.
Bu məqsədlə YUNESKO-nun Türkiyə Milli Komitəsi tərəfindən mayın 7-8-də İstanbulda 43 ölkədən olan təmsilçilərinin iştirakı ilə “Molla Nəsrəddin lətifələri və ənənəvi rəvayətləri” konfransı keçiriləcək.

Məlumata görə, həmin konfransda Molla Nəsrəddin lətifələri haqqında xüsusi dosye hazırlanacaq və qəbul edildikdən sonra YUNESKO-ya təqdim olunacaq.

YUNESKO-nun Türkiyə Milli Komitəsinin sədri Öcal Oğuz bildirib ki, Molla Nəsrəddin qədər çox geniş bir coğrafiyanı əhatə edən ikinci belə obraz tapmaq mümkün deyil.
Ona görə də, lətifələri və deyimləri dünyanın 50-yə yaxın ölkəsində bu gün də sevilərək, istifadə olunan Molla Nəsrəddin irsinin YUNESKO-nun qeyri-maddi mədəniyyət iris siyahısına daxil edilməsi çox vacibdir.

gun.az