Dünyanın ən gözəl bığı seçilir - Video
29.4.2013

Almaniyada keçirilən bığ çempionatı maraqlı görüntülərlə yadda qalıb. Ölkənin dörd bir yanından yarışa qatılan iştirakçılar müxtəlif bığ forma və ölçüləri ilə diqqəti cəlb ediblər.

Pforçhaym şəhərində baş tutan müsabiqəyə 100-dən çox iştirakçı qatılıb. Onlar müxtəlif film və animasiya qəhrəmanlarının imiclərini canlandırıblar. Rəssam Salvador Dali və animasiya xarakteri olan Fu Mançunun imicləri isə daha çox diqqət mərkəzində olub. Yarışa qatılan bəzi iştirakçılar hətta öz bərbərlərini də yanında gətirməyi unutmayıblar.

Yarışın qaydalarına əsasən, qaliblər ən gözəl bığ və ya saqqal, ən sərt saqqal və digər 18 nominasiya üzrə müəyyən ediləcək.

Qeyd edək ki, Almaniyada 20 ildir qeyd olunan bığ çempionatı artıq ənənə halını alıb.

Video

Big.az