“Nar Mobile” “Zero” (sıfır) tarifini təqdim etmişdir
30.4.2013

“Azerfon” MMC “Zero” (sıfır) tarifini təqdim etmişdir. Şirkətdən bildirilmişdir ki, bu tarifə qoşulan abunəçi kiçik bağlantı haqqı ödəyərək, şəbəkədaxili səsli və video zənglər zamanı ilk 3 dəqiqəni pulsuz danışa biləcəkdir. Dördüncü dəqiqədən başlayaraq isə hər növbəti dəqiqə üçün danışıq haqqı 4 qəpikdir.
“Zero” tarifinə qoşulan abunəçi, həmçinin iki sevimli “Nar” nömrəsinə 50 faiz endirimlə zəng edə bilər. Sevimli nömrələrə zəng zamanı ilk 3 dəqiqə üçün 4 qəpik, 4-cü dəqiqədən etibarən isə hər dəqiqə üçün 2 qəpik ödəyəcəkdir. Abunəçi “Zero” tarifinə qoşulmaq üçün “0” yazıb 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#000#Yes yığmalıdır.
Bundan başqa, bu tarifdə zəng, mesaj və data xidmətləri üçün digər qiymətlər də təklif olunur.
Daha ətraflı məlumat http://narmobile.az/private/tarifplan/0/ veb səhifəsində yerləşdirilmişdir.

AzərTac