Azərbaycanın birinci xanımı Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib
30.4.2013

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə (MM) müraciət edib.

Bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli Amnistiya Aktının MM-də tezliklə müzakirə olunacağını, növbəti Amnistiya Aktının qəbul olunacağını deyib.

M. Əliyeva amnistiya təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çıxış edib.

APA