Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə (MM) müraciət edib.
Bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əli Hüseynli məlumat verib.
Ə. Hüseynli Amnistiya Aktının MM-də tezliklə müzakirə olunacağını, növbəti Amnistiya Aktının qəbul olunacağını deyib.
M. Əliyeva amnistiya təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çıxış edib.
APA