Qoç - Sizi ittiham edirlər, tənqid atəşinə tuturlar. Özü də bunu o adamlar edir ki, bir müddət əvvəl nümayişkəranə şəkildə sizə heyrətlərini ifadə edirdilər. Ağır və xoş olmayan mənzərədir. Lakin nəsə etməyə ehtiyac yoxdur. Baş verənləri zarafata sevirməyə çalışmayın.
Yaxınlarınızla münaqişələr mümkündür. Əsas fikir ayrılıqları kiminsə başqalarının fikrini öyrənmədən planlarını dəyişməsi üstündə yaranır. Sizin sülhməramlı fəaliyyətiniz uğur gətirmir. Gün ərzində qarşılıqlı narahılıq atmosferi davam edəcək.
Buğa - Çox maraqlı gündür. Sizi qeyri-standart vəzifələr və maraqlı işlər gözləyir. İstedadınızı, bacarığınızı nümayiş etdirmək, hansısa yeni prinsipial sahədə uğur əldə etmək imkanınız olacaq. Əgər işlək yollarla getməyə yox, öz yolunuzu seçməyə üstünlük verirsinizsə, macəraların yoxluğundan şikayətlənməli olmayacaqsınız.
Xırda fikir ayrılıqları yaransa da, onlardan heç biri ciddi narahatlığa əsas verməyəcək. Hədiyyələr, qiymətli tapıntılar mümkündür. Yaxınlarınıza sürpriz hazırlığı üçün yaxşı gündür.
Əkizlər - Maddi baxımdan pis gün deyil. Sərfəli sövdələşmə əldə etmək şansınız var. Hansısa borcludan pul almağınız mümkündür. Ağır hüquqi çəkişmələrdə olan Əkizlər müsbət məhkəmə qərarına ümid edə bilərlər. Məmurlar və bürokratlarla istədiyinizdən də çıx ünsiyyətə girməli olacaqsınız.
Günün emosional fonu stabil deyil: əhval-ruhiyyəniz tez-tez dəyişir və bunun səbəbləri yaxınlarınız üçün qaranlıqdır. Yaxınlarınız çaş-baş qalacaqlar.
Xərçəng - İşdə vəziyyət sabitləşəcək, ötən günlərdə baş vermiş hadisələrdən düzgün nəticə çıxarmağa nail olacaqsınız. Yeni planların cızılmasının vaxtıdır. Onları etibarınızı qazanmış adamlarda dərhal müzakirə etmək olar. Layihənin maddi prespektivləinə dair suallara vaxtında cavab verilməsi sayəsində ciddi itkilərdən yayına bilərsiniz.
Şəxsi münasibətlər sahəsində baş verənlər sevindirici olacaq. İndi sizdən çox şey asılıdır: taleyə etibar edin və onun axarı ilə hərəkət edin. Bundan artığına ehtiyac yoxdur.
Şir - Pullarla ehtiyatlı olun. Yersiz xərclər və itki ehtimalı var. Qalan məsələlərdə gün babatdır. Müttəfiqlərlə dil tapa, yaxın keçmişdəki düşmənlərinizlə “atəşkəs” razılığı əldə edə biləcəksiniz. Partnyorlarınız sizin yeni başladığınız bütün işləri dəstəkləyirlər və bu, əl-qolunuzu açır. Yeni işlərə başlamaq olar və çətinliklər qarşısında təkbaşına qalacağınızdan qorxmağa dəyməz.
Günün ikinci yarısında iş fəallığınız azalacaq, sakitlik, dincilk və bekarçılıq istəyəcəksiniz. Bu, dostlarla kafedə görüşmək, həyat barədə söhbətləşmək üçün əla vaxtdır. Başqalarının vədlərinə çox əhəmiyyət verməyin. Çox güman ki, bu vədlər yerinə yetirilməyəcək.
Qız - Əvvəlki günlə müqayisədə bir qədər pis cündür. Lakin onu uğursuz hesab etmək olmaz. Sadəcə olaraq, hansısa uğura nail olmaq üçün əvvəllə müqayüisədə daha çox səy göstərmək lazım gələcək. Rəhbərliklə xırda fikir ayrılıqları mümkündür. Lakin düzgünlüyünüzü sübut edə bicəksiniz. Günün ikinci yarısında maliyyə və əmlakla bağlı hansısa vacib məsələnin müsbət həlli mümkündür.
Aşılmaz çətinliklər yaranarsa, geri çəkilməyə hazır olun. Hansısa qapı üzünüzə bağlanırsa, deməli, onun arxasında maraqlı heç yoxdur.
Tərəzi - Çox əlverişli və uğurlu gündür. O, istənilən planın həyata keçirilməsi üçün tam münasibdir. Planlar nə qədər cəsarətli olsa, o qədər yaxşıdır. Qeyri-standart qərarları asanlıqla qəbul edirsiniz və heç kim sizi işlək yola qaytarmağa cəhd etmir. Hamıya tamamilə aydındır ki, siz nə etdiyinizi bilirsiniz və sizin mübahisə etmək faydasızdır. Bu, gücünüzə qənaət etməyə imkan verəcək.
Gün iş və dotsluq görüşləri üçün əlverişlidir. Bu görüşlər zamanı istənilən məsələni müzakirə etmək olar. Romantik görüşlərlə bağlı vəziyyət isə bir qədər pisdir. Belə görüşlərdə özünüzə nəzarət etməlisiniz ki, artıq heç ne deməyəsiniz.
Əqrəb - Sizi maraqlı gün gözləyir. İş adamları üçün gün kommersiya uğurları ilə əlamətdar olacaq. Duyma qabiliyyəti nəticəsində uğurlu sövdələşmələrə gedə, çoxlu gəlir əldə edə bilərsiniz. Çətin vəziyyətlərdə müttəfiqlərinizə izahat üçün vaxt itirməmək naminə müstəqil hərəkət edirsiniz.
Bu gün daxili ziddiyyətlər aradan qalxacaq. Bu vacib prosedurdan sonra sizə və ətrafınızdakılara yola getmək daha asan olacaq. Əksər əqrəblər əlverişli andan köhnə əlaqələrini bərpa etmək, küsülü olduqları yaxınları ilə barışmaq üçün istifadə edə biləcəklər.
Oxatan - Asan keçməyən danışıqlardan sonra sizin üçün karyera yüksəkliklərinə yol açmaq gücündə olan adamla razılığa gələ biləcəksiniz. Lakin ambisiyalı istəklərinizlə bağlı məlumat verməyə tələsməyin. İndi özünüzü təmənnasız, yalnız ümumi işdə uğurun qayğısına qalan adam kimi göstərməyiniz daha yaxşıdır. Səxavət nümayiş etdirin, xeyriyyə layihələrində iştirakdan imtina etməyin.
Müsbət emosional fon gün ərzində yüksə əhaval-ruhiyyənizi qorumağa kömək edəcək. Hətta, yaranan anlaşılmazlıqlar da sizə ciddi məyusluqdan daha çox şən zarafat üçün bəhanə olacaq. Kiçik hədiyyələr, xoş sürprizlər mümkündür.
Oğlaq - Düzgün seçilmiş hədəf uğurun yarısıdır. Bu gün manipulyasiyaların qurbanına çevrilməmək çox vacibdir. Bədxahlarınız sizin yaşam gücünüz və enerjinizdən öz maraqları üçün istifadə etməyə səy göztərə bilərlər. Əgər yaxşı müttəfiqlər seçsəniz, əməkdaşlığınız məhsuldar olacaq. Amma təəssüf ki, köməkçiləriniz arasında iki-üç vecsizin olması riski mövcuddur. Belələri yalnız artıq yükdür.
Ailə məsələləri, övladların təhsili və s. üçün münasib gündür. Həmçinin, sevdiyiniz şəxslə nikah və ya birgə yaşayışla bağlı danışa bilərsiniz.
Dolça - İşgüzar ünsiyyətdə problemlər mümkündür. Sizin hətta ən uğurlu ideyalarınızda qeyri-adilikləri üzündə soyuq qarşılaşa bilər. Lakin bir qədər sonra hamı başa düşəcək ki, sizin fikrinizə qulaq asmağa dəyərmiş. Bilmədən xətrinə dəydiyiniz adam sizə uğur əldə etməkdə mane olmağa çalışacaq.
Bədxahınızın fintələrinin üstünün açılması vaxt alacaq. Halbuki, siz həmin vaxtdan daha səmərəli istifadə edə bilərdiniz. Qohumlarla yola getmək asan deyil. Onlar çox böyük həvəslə çatışmazlıqlarınızı üzünüzə vurur, tərif və təqdir ifadələrində isə xəsislik edirlər.
Balıqlar - İşgüzar partnyorlarınıza səmimiliyinizi, üzüyolalığınızı və güzəştlərə hazır olduğunuzu nümayiş etdirin. Güzəştə getmək hamının sizdən gözlədiyi xüsusiyyətdir. Bu zaman vədlər verməyə çalışmayın. Ümumiyyətlə, konkret nəsə deməmək ən yaxşısıdır. Ətrafdakıları hər şeyin yaxşı olacağına inandırın. Nəyin yaxşı olacağını və buna necə nail olmağın yollarını isə qoy onlar özləri tapsınlar.
Uşaqlarla ünsiyyət üçün çox münasib gündür. Böyüklər isə sizə yaşamağı öyrətməyə çalışacaqlar. Bu, əvvəlcə maraqlı görünsə də, tezliklə bezdirəcək.