Hyustonda futbol üzrə şəhər turniri keçirilir. Artıq bir neçə ildir ki, yarışda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBSCA) ARDNŞ tərəfindən maliyyələşdirilən Azərbaycan komandası iştirak edir.
Turnir hər il Hyuston şəhərinin Qardaşlaşmış Şəhərlər Təşkilatı tərəfindən keçirilir. Təşkilata qardaşlaşmış şəhərlərin, o cümlədən Bakı (Azərbaycan), Abu-Dabi (BƏƏ), Çiba (Yaponiya), Aberdin (Şotlandiya), Quayakil (Ekvador), Uelva (İspaniya), İstanbul (Türkiyə), Kəraçi (Pakistan), Leypsiq (Almaniya), Luanda (Anqola), Nitsa (Fransa), Pert (Avstraliya) Şençjen (Çin), Stavanger (Norveç), Taypey (Tayvan), Tampiko (Meksika) və Tümen (Rusiya) şəhərlərinin 17 assosiasiyası daxildir.
AzərTac