Günəş artıq özünü göstərməyə başlayıb və təsiri günbəgün artır.
Yemiş - C vitamini ilə zəngin olan yemişi yay aylarında bol-bol yemək lazımdır. Yemiş günəş yanıqlarından dərini qoruyur.
Nar - Narın tərkibində dərini günəşdən qoruyan maddələr var. Nar şirəsini yaz aylarında da tapmaq mümkündür.
Kivi - C vitaminin ən çox olduğu meyvə kividir. Dərini təkcə günəşdən qorumaqla qalmır, qurumasını da əngəlləyir.
Pomidor - Vacib antioksidant və likopen baxımından çox zəngindir. Likopen günəşdən qoruyur və dərinin yaşlanmasını gecikdirir.
Publika.Az