İtaliyalı baş məşqçi Covanni Kaprara karyerasını Azərbaycanda davam etdirə bilər
30.4.2013

2005-2008-ci illərdə voleybol üzrə qadınlardan ibarət Rusiya millisini çalışdırmış baş məşqçi Covanni Kaprara karyerasını Azərbaycanda davam etdirə bilər.
C.Kaprara Bakının qadınlardan ibarət “Azerreyl” komandasından təklif almışdır.
İyunadək mütəxəssis müqaviləyə əsasən “Pyaçentsa” (İtaliya) komandasını çalışdırmalıdır. O, bu klubla İtaliya kubokunda qələbə qazanmış və Femminilli Liqası yarışlarının yarımfinalına qədər irəliləmişdir.
Tərəflər arasında razılıq əldə olunsa, C.Kaprara yayda “Azerreyl”i çalışdıra bilər.

AzerTac