Dəbin yeni tendensiyası - FOTO
30.4.2013

Əvvəllər dəbi az qala korlayan rahat geyimlər artıq dəbin zirvəsinə qalxıb. Qadınlar gözəl görünmək üçün əvvəllər daha çox əziyyətə və hər cürə zəhmətə qatlaşırdı. Bu dəbə də aid idi. Dar geyimlər, topuqlu ayaqqabılar...

Neçə mövsümdür gördüyümüz ayaqqabılar və iddialı geyimlərdən sonra, daha az iddialı, hətta rahat geyimlərə rast gəlirik. Lakin dəbli görünmək üçün rahat geyimlərə icazə varmı? Rahat geyinilməlidirmi? Dəb ustaları bu mövsüm rahat geyimlərin çox aktual olacağını deyir.

Məsələn, Phoebe Philonun Celinedə sərgilədiyi kolleksiya rahat modellərdən ibarət idi. Bütün modellər şahanə görünürdü. Eyni zamanda çox modern idi. Qısası, rahat geyimlərə üstünlük vermək lazımdır. Böyük və bol kəsimlər artıq iş dünyasına da daxil olub.

Publika.Az