Bakı Ginnesin rekordlar kitabına düşə bilər - VİDEO
30.4.2013

Bizim şəhərimizin Ginnesin rekordlar kitabına düşmək ehtimalı yüksəkdir. Belə bir fikri "Эхо" qəzetinə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.

Onun sözlərinə görə, Bakıdakı tarixi binanın yerdəyişməsini həyata keçirən "Bresser Eurasia BV" şirkəti hazırda Ginnesin rekordlar kitabı ilə danışıqlar aparır ki, 18 min tonluq binanın yerinin dəyişdirilməsi fenomen hadisə kimi kitaba salınsın.

Qasımzadə bildirib ki, bu cür hadisələr tarixdə olub. XVIII əsrdə fransa kralının sarayı təxminən 200 metr sürüşdürülüb. O vaxt həmin iş əl əməyi hesabına həyata keçirilib.

Big.az

VİDEO