Bu gün, İslam Peyğəmbərimizin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) Mövlud günüdür.
Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək Mövlud günü İslam aləmində xanımlar bayramı kimi də qeyd edilir.
Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub.
Peyğəmbərin xanımı Aişə buyurur ki, Fatimə (s.ə) hər dəfə Peyğəmbərin (s) yanına gələndə Peyğəmbər (s) yerindən qalxar və onun əlindən, üzündən öpər, onu öz yerində otuzdurardı.
Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva edir. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir”.
“Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur”.
Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.
Xanım Fatimə (s.ə) hicri 11-ci ilin Cəmadiul-əvvəl ayının 13-də, Peyğəmbərin (s) vəfatından 75 gün sonra şəhid olub.
gun.az