Turş albalı yemək insult riskini əhəmiyyətli dərəcədə azaldır. Amerikanın Miçiqan Səhiyyə Universitetinin alimləri hesab edir ki, bu meyvənin qoruyucu xüsusiyyəti heç də dərmandan pis deyil.
Albalının müalicəvi əhəmiyyətini isə onun tərkibi ilə, daha doğrusu meyvəyə qırmızı rəng verən antosian - maddə ilə izah edirlər. Antosian güclü antioksidant təsirə malikdir və orqanizmdəki soyuqdəymə ilə mübarizəyə kömək edir.
Təcrübə üçün alimlər insulta meyilli sınaq siçanlarından istifadə ediblər. Nəticədə bəlli olub ki, giləmeyvə təyziqi tənzimləyir, bədəni vitaminlərlə təmin edirlər. Ən yaxşı nəticəni isə turşməzə albalı yeyən gəmiricilər göstəriblər.
ANS PRESS