Bakıda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru
Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri
Abdullah Əbdürrəhman və AzərTAc-ın baş direktoru Aslan Aslanov noyabrın
29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
olmuşlar.
Gonaqlara muzeyin yaranma tarixi barədə ətraflı məlumat verilmişdir.Vurğulanmışdır ki, bu tarixi bina Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur.
Qonaqlara muzeyin direktoru, Milli Məclisin deputatı, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun muzey haqqında
ingilis dilində nəşr olunmuş “Temple of the Word” adlı məlumat kitabı
təqdim edilmişdir.