Tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin vəfatının 63-cü ildönümü münasibətilə yazıçının ev-muzeyinin əməkdaşları, elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri mayın 1-də görkəmli ədibin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Muzeyin direktoru Lalə Abaszadə M.S.Ordubadinin Azərbaycan ədəbiyyatındakı mövqeyindən söhbət açmışdır.
Bildirilmişdir ki, tarixi romanlar müəllifi kimi şöhrət qazanmış M.S.Ordubadi həm də böyük ictimai xadim kimi tanınmışdır.
AzərTAc