Saturnun şimal qütbündə nəhəng qasırğa
1.5.2013

NASA-nın kosmik aparatı "Cassini" Saturn planetinin şimal qütbündə nəhəng qasırğanın fotolarını çəkib.

"Cassini"nin lentə aldığı qasırğanın diametrinin 2 min 10 kilometr olduğu, böyük sürətlə fırlandığı, qasırğanın ətrafındakı buludların saatda 531 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Elm adamları Saturndakı nəhəng qasırğanı təhlil edərək, dünyadakı qasırğalar haqqında daha çox məlumat öyrənmək niyyətindədirlər.

Trend