Günün qoroskopu
2.5.2013

Qoç - təmaslar, əlaqələr, telefon zənglərinin sayı artır.
Danışıqlar, əməkdaşlığın yeni formaları, ideyaların reallaşdırma yollarının müzakirəsi üçün əlverişli vaxtdır.

Cəsarətli qərar qəbul edə bilərsiniz. Amma bununla bağlı açıqlama verməzdən əvvəl cari olaylara bir daha nəzər salın.

Şərtlərin əlverişli axarı göz qarşısındadır.
Yeniliklər və təşəbbüs izharı üçün yaxşı vaxtdır.

Bədxahlardan və sizə mümkün qədər ağır zərbə vurmaq istəyən insanlardan qorunun.
Boş vədlərə aldanmayın.

Buğa - ciddi dəyişikliklər zamanıdır. Yaşanacaq olaylar arasında istiqaməti itirməyin, eyni vaxtda bir neçə istiqamətdə çalışın.

Aramla davranmaq mümkün olmayacaq, çünki informasiya həddən ziyadədir. Proseslərin əksəriyyətini nəzarətdə saxlamağa çalışmayın.

Resurs, əlaqələr, yığılmış və alınmış məlumatları yenidən dəyərləndirin.
Hadisələrin dinamikası artır. Mühüm və ikinci dərəcəli məsələləri ayrıd edin, işlərin effektiv alınması üçün bir qədər nəfəs dərin.

Məqsədə çatmağınız üçün əsas hərəkət istiqamətini seçin və fəal işləyin. Yerdə qalan işləri yaxın ətrafınızdakı insanlara həvalə etmək olar.

Səhhətinizə diqqət yetirin.

Əkizlər - niyyətlərlə real imkanlar arasında tarazlığı aşkarlayın. Gərəkli detalları görməyə çalışın. Münasibətlərdə isə bilməli olduğunuz nüansları aşkarlayın.

Təmkinli, soyuqqanlı davranın. Yardım istəyən insanlara dəstək verin. Yalnız sizin maraqlarınıza aid olmayan toplantılara da qatılın.

İctimai iş, tədbir, səfər, tədris, təhsil, alış-veriş, səfər - seçim sizindir.
Kənardan əlavə maliyyə vəsaitinin cəlb olunması üçün effektiv addımlar atın.

Xərçəng - sakit, rəvan gündür. Yaranmış şanslardan, müşahidə olunan şəraitdən intensiv iş üçün maksimum istifadə edin.

Yaşam şərtilərini nəzərə alaraq planlara dəyişikliklər etmək olar.
Hər əmələ və ya hadisəyə birbaşa müdaxilə yolverilməzdir.

Təmkin və səbr gərəksiz problemlərdən qurtulmağa yardım edər.
Ailədə və kollektivdə mikromühitin yaxşılaşdırılmasına çalışın.

Yaşam arealınıza yeniliklər edin, rahat və münasib situasiyanın bərqərar olmasına can atın.
Dostlarla planlarınızı bölüşməyə çalışın.
Alış-verişdə simiclik etməyin.

Mövcud durumdan yararlanın. Ailədə gələcəklə bağlı planları müzakirə edin.

Şir - ünsiyyət, yeni əlaqələr və təmasların yaradılması üçün uğurlu vaxtdır.
Şəxsi münasibətlər müstəvisində açıqlama, birgə planların müzakirəsində xeyir var.

İstənilən işə yaradıcı yanaşın. Eksperimentlərə əl atın, fərqli yollar arayın, başqasının təcrübəsi və yeni biliklərdən yararlanın.
Səfər və gəzintiyə çıxmaq pis olmaz.

Daxili müvazinəti qorumaq üçün təmkinli olun, aramla davranın.
Hisslərinizin və fəaliyyətinizin korreksiyasını aparın.

Maraqlandığınız, diqqətinizi cəlb edən əşyanı ala bilərsiniz.

Qız - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa cəhd göstərməyin. Hadisələrin öz axarında, spontan inkişafına mane olmayın.

Cavab tədbirləri, adekvat reaksiyanı unutmyın. Bundan sonrakı fəaliyyətin istiqamətlərini korrektə edin.
Yeni məlumat, sua4llara cavab peyda ola bilər.

Nüfuzlu şəxslərdən dəstək alın. Ətalətli, süst olmayın.
Faydalı əlaqələri bərpa etmək və yeni təmaslar qurmaq üçün vaxtınızı diqqətlə bölüşdürün.

Axşam saatlarında sakit məşğuliyyət seçin, dincəlin. Yeməkdə özünüzü məhdudlaşdırmayın.

Tərəzi - hadisələrin mərkəzində olun ki, yeni ideyalar, təkliflər və tanışlıqlar sizdən yan keçməsin.

Uzaqdakı tərəfdaşlara stavka etmək zamanıdır.
Peşəkar müstəvi il yanaşı, şəxsi münasibətlər arealında perspektivlər arta bilər.

Sərfəli və gəlirli təklif az sonra səslənə bilər. Fəqət informasiya mübadiləsi, qiyabi tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilərlər.

Evdə yeniliklərlə məşğul olun. Təmirə başlamaq və ya artıq başladığınız təmiri sürətləndirmək olar.
Axşam saatlarından problemlərdən bəhs etməyin. İstirahət edin, dostlarla əlaqə saxlayın.

Əqrəb - nikbin olun, uğur əldə edəcəksiniz. Genişmiqyaslı nailiyyətə çatmağı planlaşdırsanız, pərişan ola bilərsiniz. Kiçik işlər görün, böyük işlər özləri həllini tapacaq.

Sonucu sizdən asılı işlərdə nəticəni möhkəmləndirin, durumu səbatlı edin. Bəzi nəsnə və ya məqamlardan imtina etməli olacaqsınız. Yenilənmə və yeni, daha maraqlı imkanlar, şanslar yaranacaq.

Hansısa məqam və ya insan sizi bezdiribsə, günün ikinci yarısı problem mənbəyindən qurtulmaq üçün əlverişli zamandır. Qarşınızda yeni perspektivlər yarada biləcək işlərlə məşğul olub.
İnformasiya mənbələrinin sayını artırın.

Yaxın ətrafınızdakı insanlar plan və gözləntilərinizi pozsalar, aqressiv olmayın, sərt açıqlamalar verməyin.
Təmkinli, soyuqqanlı davranın.

Oxatan - çalışdığınız və ya əlaqədə olduğunuz insanlarla təmaslar vasitəsilə özünüzün yeni məcazlarınızı aşkarlaya bilərsiniz. Yeni maraqlı görüş və ya tanışlıq istisna deyil.

Genişmiqyaslı, ciddi planlar qurmayın. Yeni tanışlar həyatınıza daxil olduğu təki, elə həmin sürətlə yoxa çıxa bilərlər.
Sizə təsir etməyə çalışan, səbirsiz davranan insanlara anlayışla yanaşın. Qarşılıqlı əlaqəyə və əməkdaşlığa hazır olun.

Stereotip düşüncələrdən azad olun. Dəyişkən şərtlərə uyğun olaraq planları da yeniləməyin zəruri olduğunu anlayın.

Günün ikinci yarısında bir sıra mətləblər əyan olacaq. Problemlərin orijinal həllini tapın. Özünüzü və yaxınlarınızı sevindirməyə çalışın.

Oğlaq - yaşamınızda mühüm hadisə yaşanır. Önəmli prosesdə uduzmamaq üçün aktivləşin, yeni işlərə başlayın. Qətiyyətli olun.

Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına imkan verməyin.
İş yerində sizi yaxşı xəbər və xoş təəssürat gözləyir.

Çalışdığınız arealın durum və dizaynına yenilik etmək olar. Həmkarlarla qarşılıqlı münasibətlərə yeni anlam verməyin, cari məsələlərin həllinə yaradıcı yanaşmağın vaxtıdır. Belə olarsa, yeni perspektivləri görəcəksiniz.

Çevik, mütəhərrik, sayıq olmağa çalışın. İşlər çoxdursa, onların bir hissəsini tanış və ya iş yoldaşlarına həvalə edin.

Dolça - danışıqlar, sövdələşmə, müzakirə, informasiya və sənədlə iş, təhsil və səfər üçün yaxşı gündür. Bütün dağınıq ideyalar və xaotik planları sistemləşdirin.

Bacarıq və istedadınızı hansı sahədə daha parlaq nümayiş etdirməyin yolunu sizə intuisiyanız göstərəcək.

Münasibətlərdə yeni nüanslar yaranır. Aldığınız əşya, etdiyiniz əməl, gördüyünüz işin estetik olmasına çalışın.

Gözəl, keyfiyyətli, rahat nəsnəyə tələbatınız artır.
Münasibətlərdə ayinlər, rituallar, hədiyyələr və səxavətin önəmi artır. İfrata varmayın.

Balıqlar - əsas fəaliyyət sahənizdə zahiri aktivliklə bağlı bütün işləri görün. Danışıqlar, sövdələşmələr, anlaşmalar üçün əlverişli gündür. İşdə dəqiq, səliqəli, çevik və sayıq olun. Belə davranış sizdən əlahiddə zəhmət tələb etməyəcək.

Yeni işə başlamaq üçün uğurlu gündür.
Vaxtınızı iş və istirahət arasında dəqiq bölüşdürün ki, yaşananların nəticələri maksimal dərəcədə uğurlu olsun.

Zahiri görkəminizi yaxşılaşdırmaq üçün zəruri işləri görmək olar.

Alış-veriş üçün yaxşı vaxtdır.

Görüş və müzakirləri planlaşdırın. Şəxsi münasibətlər müstəvisində indiyədək ehtiyat və təmkinlə qarşısı alınan hisslər tüğyan edəcək.

Milli.Az