Mikayıl Abdullayevin sərgisi
30.11.2011

9 dekabr İncəsənət Muzeyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq rəssamı, Azərbaycan dövlət və Beynəlxalq Nehru mükafatları laureatı və “İstiqlal” ordenli professor Mikayıl Abdullayevin sərgisinin açılışı olacaq.
Onun əsərləri Paris (1960), London, Berlin (1963), Praqa (1957), Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel (1958) şəhərlərdə nümayiş etdirilmişdir və işləri dünyanın bir çox muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam tərəfindən "Nizamİ" metrosu, "Abşeron" mehmanxanası, "Gülüstan" sarayı tərtib edilib.
Sərgi 19 dekabra qədər davam edəcək.