9 dekabr İncəsənət Muzeyində müasir Azərbaycan təsviri sənətinin
görkəmli nümayəndəsi, SSRİ xalq rəssamı, Azərbaycan dövlət və Beynəlxalq
Nehru mükafatları laureatı və “İstiqlal” ordenli professor Mikayıl
Abdullayevin sərgisinin açılışı olacaq.
Onun əsərləri Paris (1960),
London, Berlin (1963), Praqa (1957), Budapeşt, Belqrad, Sofiya, Varşava,
Dehli, Qahirə, Brüssel (1958) şəhərlərdə nümayiş etdirilmişdir və
işləri dünyanın bir çox muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.
Rəssam tərəfindən "Nizamİ" metrosu, "Abşeron" mehmanxanası, "Gülüstan"
sarayı tərtib edilib.
Sərgi 19 dekabra qədər davam edəcək.