Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb. Bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində cümə axşamı "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Səfərli qeyd edib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
trend.az