Masallıda ənənəvi at yarışları keçirilib
2.5.2013

Masallıda ənənəvi atçılıq, çaparlıq yarışları keçirilib.

At yarışı rayonun Xırmandalı kəndindəki cıdırda baş tutub.

Buradakı at yarışlarına, Masallıdan, eləcə də ətraf rayonlar- Cəlilabad, Neftçala, Salyandan olan 200-ə yaxın çapar qatılıb. Münsiflərin seçimindən sonra, yarışda 28 çaparın iştirak edəcəyi açıqlanıb. Çaparlar 7 qrupa bölünüb.

Hər qrupda 4 çapar öz məharətini göstərib və qrupdakı qalib finala vəsiqə qazanıb.Çaparlar Azərbaycan sortları olan Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə yarışıblar. Yarışın qaydalarına görə, iştirakçılar 1000 metr məsafəni qət etməli və qısa müddətə finiş xəttinə tez çatan çapar qalib elan olunur. Yarışdan əvvəl üstünlük daha çox Cerri, Neqr, Kəhər atlarına verildi. Bu versiya da özünü doğrultdu. Çapar Elnur Ismayılovun Cerri adlı atı 1 – ci oldu.

Münsiflər heyətinin nümayəndəsi Ramil Məmmədov, bu düzdə yarışların, artıq 10 ildir ki, təkşil olunduğu bildirib. At yarışlarının rayonda keçirilməsi gənclərdə bu idman növünə olan marağı artırmaq məqsədi daşıyıb.
Qeyd edək ki, qalib çapara pul mükafatı təqdim olunub.

gun.az