"Əli və Nino" bookcafe-də "Nağıl saatı"
30.11.2011

Dekabr ayından "Əli və Nino" kitab mağazalarında yeni "Nağıl saatı" layihəsinə start veriləcək. Hər şənbə balaca dostlarımızla görüş keçiriləcək. Balacalar üçün nağıl oxunacaq, oyunlar oynanılacaq, müsabiqələr keçiriləcək, müxtəlif prizlər və hədiyyələr veriləcək.